"Xaliq Faiqoğlu"nun avtobusları sərnişinlərə pulsuz xidmət etdi - FOTO

Bu gün axşam saatlarında Bakıda elektrik enerjisinin verilişində yaranan problemlər həmçinin Bakı Metropoliteninin fəaliyyətinin dayanması nəticəsində yaranmış sərnişin sıxlığı ilə əlaqədar “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan marşrut avtobusları xüsusilə metro stansiyaları ətrafında gücləndirilmiş iş rejiminə keçərək, gecə saatlarına kimi vətəndaşların pulsuz daşınmasını həyata keçirib.
Xüsusi ilə Bakı Metropoliteninin “Elmlər Akademiyası”, “Sahil”, “Memar Əcəmi” və “İçərişəhər” stansiyalarının ətrafındakı insanların daşınmasında şirkətə məxsus 18, 85, 79 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar xüsusi fəallıq göstərib və on minlərlə insan mənzil başına çatdırılıb.
Ümumiyyətlə şirkətin istismarında olan bütün marşrut avtobusları metro stansiyalarının ətrafındakı insanların ödənişsiz formada daşınmasında fəal iştirak edib.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC “Safa Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir.
Şirkət tərəfindən iyulun 4-də xidmətin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər planı da tərtib edilib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY

















