Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib

Ayətullah Əlirza Ərafi İranın Ali Lideri vəzifəsini müvəqqəti icraçı təyin olunub. Avtosfer.az-ın məlumatına görə, "Yeni Sabah" İran mediasına istinadən xəbər verir ki, Əli Xameneinin varisi seçilənədək Ali Rəhbərin səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.

Əli Xameneinini əvəzləyən Ayətullah Əlirza Ərafi ilə bağlı maraqlı məlumatları təqdim edirik:
Əlirza Ərafi Yəzd vilayətinin Maybod şəhərində doğulub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub. Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olub.

Ayətullah Ərafi 07.10.2020 tarixində Ermənistan–Azərbaycan arasında Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanat yayıb. Bəyanatda Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib. Həmçinin bəyanatda qeyd olunub ki, Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib. Bəyanatda bütün beynəlxalq sənədlərdə Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanındığı da vurğulanıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












