Xankəndiyə dəmir yolunun çəkilməsinin regional və beynəlxalq əhəmiyyəti nədir? – EKSPERT AÇIQLADI - FOTO

Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması regionda nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması istiqamətində atılmış mühüm addımlardan biridir. Bu layihə təkcə Xankəndi və ətraf ərazilər üçün deyil, ümumilikdə Azərbaycan üçün ciddi strateji və iqtisadi əhəmiyyət daşıyır.
Xankəndiyə dəmir yolunun çəkilməsi Azərbaycanın nəqliyyat sisteminə nə qazandıracaq? Bu yoldan istifadə ilə hansı marşrutlarda qatarların hərəkətə başlanması gözlənilir?
Mövzu ilə bağlı Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, Qarabağda tarixi dəmir yolu olub. Bu tarixi dəmir yolunun bərpası ölkəmiz və region üçün çox önəmlidir:

"Bu, həm yükdaşımada, həm sərnişin daşınmada çox vacib bir infrastrukturdur. Paytaxtla Qarabağın mərkəzi hissəsinin əlaqələnməsi, həmçinin digər regionlarla əlaqələnməsi və mövcud şəbəkə ilə gələcək perspektivdə əlaqələndirmə kimi halları nəzərə alaraq, fərqli limanlara çıxışı da gələcəkdə təmin edəcək. Bu infrastruktur, konkret olaraq Xankəndi dəmir yolu vağzalının timsalında, bu mobillik üçün çox vacib bir infrastrukturdur. Paytaxt Bakı ilə Xankəndi arasında bu dəmir yolu tam istifadəyə veriləndən sonra müntəzəm reyslərin açılması gözləniləndir".
Ekspert əlavə edib ki, çox da uzaq keçmiş olmayan bir ənənəni biz bərpa etməliyik:
"Mütləq şəkildə gecə reysləri bərpa olunmalıdır. Yataq tipli vaqonlarda da, gündüz də daha intensiv, daha sürətli oturaq tipli müasir “Stadler” qatarlarında əlaqə təmin olunmalıdır. Bu niyə vacibdir? Seçim imkanı olmalıdır. İnsanlar gecə zamanında istifadə edib qatardan rahat paytaxta gəlib öz işini görüb və yaxud da əksinə, paytaxtdan regionlara və xüsusən də Qarabağa qayıda bilər.

Bundan sonra da çox funksional avtovağzal və dəmir yolunun kompleksindən həmin vağzaldan digər istiqamətlərə rahat çıxış təmin ediləcək. Bu həm Laçına aiddir, həm Şuşaya və ətrafda olan digər işğaldan azad olunmuş rayonlara aiddir. Bu gün qurulan infrastruktur həm yerli şəbəkəyə inteqrasiya olunur, həmçinin də regional beynəlxalq şəbəkəyə. Gələcəkdə Ağdamla Ağcabədi arasında tikiləcək dəmir yolu Qarabağdakı dəmir yolu vasitəsilə fərqli istiqamətlərə, limanlara çıxışı – həm Ələtdəki limana, Qara dəniz sahilinə, Batumi, Poti limanlarına və Bakı–Tbilisi–Qars yolu ilə Aralıq dənizi limanlarına, həmçinin də Fars körfəzinin İraqdakı limanlarına da çıxışı təmin edəcək".
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












