Xaricdən sifarişləri qəbul etməyə hazırıq - "Bakı Gəmiqayırma Zavodu"

"Bakı Gəmiqayırma Zavodu" MMC (“Baku Shipyard) xaricdən sifarişləri qəbul etməyə hazırdır.
Avtosfer.az xəbər verir ki, şirkətdən "Report”a verilən məlumata görə, hazırda bu məqsədlə Qazaxıstanla danışıqlar aparılır.
Əgər danışıqlar uğurla başa çatarsa, şirkət bu bazar üçün də gəmilərin istehsalına başlaya biləcək.
Mənbənin sözlərinə görə, hazırda Zavod Xəzər dənizində dibdərinləşdirmə əməliyyatları üçün dörd tanker, bir bərə və bir dibdərinləşdirən inşa edir.
"Diibdərinləşdirənin inşasının tamamlanması bu ilin may-iyun aylarına, birinci tankerin tamamlanması 2025-ci ilin sonuna, bərənin tamamlanması 2026-cı ilin fevral-mart aylarına, qalan tankerlərin tamamlanması isə 2026-cı ilin sonuna planlaşdırılır. Bundan əlavə, dörd dalğıc gəmisi layihələndirmə mərhələsindədir", - mənbə qeyd edib.
Bu il “Baku Shipyard” neftçilərin dəniz platformalarına daşınması üçün daha üç sərnişin gəmisinin, eləcə də Fövqəladə Hallar Nazirliyi üçün yanğınsöndürmə gəmisinin tikintisinə başlamağı planlaşdırır.
Zavoddan verilən məlumata görə, bütün sifarişlər yerli müştərilər üçün nəzərdə tutulub: “Zavod yeni layihələrin cəlb edilməsi, o cümlədən ofşor layihələrin dəstəklənməsi üçün gəmi təmiri istiqamətini genişləndirməklə bağlı fəal işləyir”.
“Baku Shipyard" artıq Xəzər regionunda gəmiqayırma sahəsində əsas oyunçu kimi özünü təsdiqləyib. Onun mühüm layihələrindən biri də 2017-ci ildə istifadəyə verilən “Xankəndi” sualtı gəmisinin tikintisi olub. Gəmi Azərbaycandan Avropaya təbii qaz nəqlinin əsas mənbəyi olan “Şahdəniz” layihəsinin ikinci mərhələsinin sualtı işlərində həlledici rol oynayıb.
Zavodun təməli 2010-cu ildə qoyulub. 2011-ci il mayın 10-da “Bakı Gəmiqayırma Zavodu” birgə müəssisəsi təsis edilib. 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin istehsal gücü ildə 25 min ton metal konstruksiya, gəmi təmiri gücü isə ildə 80-dən 100-ə qədər gəmiyə xidmət göstərməyə imkan verir.
11 illik istismar dövründə zavodda 11 gəmi tikilib. Bu gün müəssisə tam gücü ilə işləyir və Azərbaycanda və bütövlükdə Xəzər dənizində gəmilərə artan tələbatı nəzərə alaraq istehsalın genişləndirilməsi istiqamətində işlər aparılır. Gələcəkdə zavod istehsal həcmini ildə 6-8 gəmidən 10-20 gəmiyə çatdırmağı planlaşdırır.
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










