Xaricə qanunsuz yolla 400 milyon dollar göndərən 216 nəfər tutulub

İstanbul Prokurorluğu Türkiyə iqtisadiyyatına və maliyyə təhlükəsizliyinə ziyan vurmaqda şübhəli bilinən 417 nəfərin tutulması barədə sanksiya verib. Avtosfer.az “Report”a istinadən bildirir ki, hüquq-mühafizə orqanları Türkiyə Respublikasına qarşı iqtisadi cinayətlə bağlı istintaqa başlayıb. İstanbul da daxil olmaqla, ölkənin 40 şəhərində eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən 216 nəfəri saxlanılıb. Onlar çırkli pulların yuyulmasında, o cümlədən ölkədən xaricə qanunsuz pul köçürülməsində şübhəli bilinirlər. Məlumata görə, barəsində tutulma qərarı verilən şəxslər xarici ölkələrdəki 28088 hesaba qanunsuz yolla 400 milyon dollardan artıq maliyyə vəsaiti köçürüblər. Türkiyədən göndərilən pulları xaricdə alan şəxslərin əksəriyyətinin ABŞ-da yaşayan İran vətəndaşları olduğu bildirilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












