Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir - Ömər Çelik

Jurnalist Camal Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir. Avtosfer.az Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik deyib. Onun sözlərinə görə, jurnalistin ölümü ilə bağlı əmr Səudiyyə Ərəbistanı hökumətindəki yüksək vəzifəli şəxslərdən gəlib. Ö.Çelik əlavə edib ki, Ankara C.Xaşuqcinin qatillərinin Türkiyəyə verilməsində maraqlıdır. Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb. Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












