XƏBƏRDARLIQ: Temperatur düşəcək, külək, dolu, leysan gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında iyunun 16-sı axşam bəzi şimal və qərb rayonlarında, 17-si gündüzdən 19-u gündüzədək isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Fidan
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










