XƏBƏRDARLIQ - Yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən dekabrın 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq. Azərbaycanın rayonlarında dekabrın 19-u axşam bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var. Dağlıq rayonlarda yolların buz bağlama ehtimal olunur.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












