Xəstəlik mənbəyinə çevrilən AVTOBUSLAR

Fəsil dəyişkənliyi və havaların soyuması ilə əlaqədar orqanizm qrip, soyuqdəymə kimi bir sıra xəstəliklərə yoluxur. Bu xəstəliklər insanların gündəlik olaraq istifadə etdikləri ictimai nəqliyyatlarda daha çox yayılır. Vaxtında dezinfeksiya işləri aparılmadıqda, nəqliyyat virus mənbəyinə belə çevrilir. "Avtobusların hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra xarici və daxili yuyulmadan, xüsusi kimyəvi məhlullarla dezinfeksiya edilmədən xəttə buraxılması qadağandır". Avtosfer.az bildirir ki, bu sözləri metbuat.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, dezinfeksiya qarajlardan başlanmalıdır: "Sərnişindaşımada istifadə olunan avtobusların içərisində gündəlik olaraq təmizlik işlərinin aparılması və xəstəliklər yaradan virusların, müxtəlif mikroorqanizmlərin təmizlənməsi, sərnişinlərin təhlükəsizliyi üçün lazımi tədbirlərin görülməsi Nazirlər Kabinetinin 141 saylı qərarının 11.3.3. -cü maddəsi ilə tənzimlənir və elə sözügedən qərarda da göstərildiyi kimi birbaşa daşıyıcıların üzərinə qoyulan öhdəlikdir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin balansında avtonəqliyyat vasitələri yoxdur. Qurum ümumi nəzarəti təşkil edir və mütəmadi olaraq şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə edilən avtobuslarla bağlı tələbləri daşıyıcılara xatırladır. NK-nin 141 saylı qərarında bildirilir ki, daşıyıcı avtonəqliyyat vasitəsini vaxtlı-vaxtında tələb edilən sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, qeyri-müntəzəm sərnişin daşımalarını bağlanmış müqavilə ilə müəyyən olunmuş müddətdə, müntəzəm daşımaları isə təsdiq edilmiş cədvələ müvafiq yerinə yetirilməsini təmin etməlidir. Rayonlara və əks istiqamətə hərəkət edən avtobuslarda, həmçinin avtovağzallarda dezinfeksiya işlərinin aparılması zəruridir. Təəssüf ki, bu tədbirlərin lazımi səviyyədə həyata keçirilməsi üçün bəzi daşıyıcı şirkətlərin lazımi qarajları mövcud deyil. Bununla bağlı DANX artıq daşıyıcı şirkətlərə həm avtonəqliyyat vasitələrinin yenilənməsi, həm də istehsalat qarajlarının lazımi standartlara cavab verəcək tərzdə qurulması ilə bağlı tələbləri yazılı və şifahi formada ünvanlayıb. Bu istiqamətdə işlərə artıq start verilib".
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










