Xətaidə avtobuslar binanın qabağını kəsir; Sakinlər narazıdır - VİDEO

Xətai rayonunda 100-cü binanın arxasında yaşayan sakinlər avtobuslardan şikayətçidir.
Avtosfer.az xəbər verir ki, Səməd bəy Mehmandarov küçəsində marşrut avtobuslarının yaratdığı səs-küy və nəqliyyat problemlərindən əziyyət çəkir. Sakinlərin sözlərinə görə, evlərinin pəncərələri birbaşa dayanacaq istiqamətinə baxdığı üçün günün böyük hissəsində avtobus motorlarının səsləri ilə yaşamağa məcbur qalırlar.
“Motoru iki dəqiqə söndürəndə elə bil toyxanadan çıxırsan. Göz, qulaq dincəlir. Səhərdən axşama qədər gutultu, cüyultu. Hər gün sanki bir sənaye zavodunun içindəyik,” – deyə bina sakin bildirir.
Bina sakini əlavə olaraq qeyd edib ki, problem yalnız səs-küy ilə məhdudlaşmır.:
"Sakinlər bildirir ki, məhəllədən çıxış yolları da avtobuslar tərəfindən tutulur və çıxmaq mümkün olmur. Məhlədən çıxmaq istəyirəm, amma avtobuslar yolun düz qarşısında saxlayır. Sağa çıxmalıyam, amma yol bağlıdır. Sol tərəfdən gələn maşınların qarşısı kəsilir, mən isə tamamilə bloklanıram. Qabaqda bir də 46 nömrəli avtobus dayanıb. Heç kimin vecinə deyil ki, burdan çıxmaq istəyən var,”
Məsələ ilə bağlı “BakuBus”-a sorğu göndərsək də hələ ki, bir açıqlama təqdim olunmayıb.
Fidan
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












