Xətaidə göydələn sahibi səkini kəsib parkinq təşkil edir - FOTO

Bakının mərkəzi küçələrindən birində sakinlərin narazılığına səbəb olan yeni mənzərə yaranıb. Belə ki, yeni tikilən binanın qarşısında səki daraldılaraq parkinq sahəsinə çevrilmək üzrədir.
Avtosfer.az xəbər verir ki, Xətai rayonu Afiyəddin Cəlilov küçəsində bir neçə qanunsuz dəyişikliklər edilib. Sakinlərin sözlərinə görə, bunun üçün ağaclar kəsilib, işıq dirəkləri və bordürlər sökülüb. Hətta həmin hissədə mövcud olan velosiped zolağı da nəzərə alınmayıb.
Bir müddət əvvəl izləyicilərdən biri həmin ərazinin əvvəlki görüntülərini çəkərək sosial şəbəkədə paylaşıb. Fotolardan aydın görünür ki, əvvəl geniş səki və velosipedçilər üçün nəzərdə tutulmuş zolaq mövcud olub. İndi isə bu sahənin daraldılması piyadaların hərəkətinə maneə yaradır, velosipedçilərin istifadəsi isə tamamilə mümkünsüz hala gətirilir.
Məsələ ilə bağlı sakinlər aidiyyəti qurumların diqqət yetirməsini və ərazidə piyadaların hüquqlarının qorunmasını tələb edirlər.

Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












