"Xəyalımdakı ictimai nəqliyyat" - VİDEO

Bakı Nəqliyyat Agentliyi məktəblilər üçün "Xəyalımdakı ictimai nəqliyyat" adlı rəsm musabiqəsi elan edir. Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, müsabiqədə IV-IX sinif şagirdləri iştirak edə bilər. Onlar xəyal gücündən istifadə edərək çəkdikləri avtobus, taksi və s. rəsminin fotosunu Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Qalib məktəbliyə Agentlik tərəfindən tablet hədiyyə ediləcək. Məqsəd ictimai nəqliyyatdan istifadəni təşviq etmək, həmçinin, paytaxtın marşrut şəbəkəsi ilə bağlı yeniliklərdə məktəblilərin də idea və təkliflərini öyrənməkdir.
Rəsmlərin fotosu [email protected] elektron poçt ünvanına və ya Bakı Nəqliyyat Agentliyinin rəsmi facebook səhifəsinin ismarıc bölməsinə 01.06.2018 tarixinədək təqdim edilməlidir. Qalib məktəbli 11-13 iyun Baku Expo Mərkəzində keçiriləcək "Road&Traffic2018" sərgisində BNA-nın 1204 saylı stendinin ziyarətçiləri tərəfindən səsvermə yolu ilə seçiləcək.
Fidan
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










