Xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb - Lənkəranda

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Avtosfer.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Lənkəran Regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, martın 24-də Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 7 bükümdə 1 kiloqram 64 qram narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb. Cəmil Məmmədov polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilərkən cibindən əlavə olaraq ümumi çəkisi 100 qramdan artıq olan 2 bükümdə narkotik vasitə aşkarlanıb.
Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1164,391 qram tiryək olması barədə rəy verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












