Xeyli sayda təkərin ölkəyə gətirilməsinin qarşısı alındı

Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. Yoxlama zamanı, sürücünün təqdim etdiyi yük-müşayiət sənədləri ilə nəqliyyat vasitəsindəki sənədlər arasında yükün çəkisi ilə bağlı uyğunsuzluq yaranıb. Bu səbəbdən avtomobilin yükü boşaldılıb və müəyyən olunub ki, avtomobildə daşınan şinlər iç-içə keçirilmiş vəziyyətdədir. Sənədlərdə 1023 ədəd şin göstərildiyi halda, avtomobildə isə 2441 ədəd şin qeydə alınıb. Beləliklə, nəqliyyat vasitəsində gömrük orqanına düzgün bəyan olunmayan 1418 ədəd şin, eyni zamanda, gömrük orqanına bəyan olunmayan 32 ədəd disk aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












