Xeyriyyə fonduna 6.2 milyard dollar bağışladı, hər kəs görünüşündən danışdı

ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki mərasimində qırmızı libası, üz ifadələri və hərəkətləri ilə diqqət çəkən qadın milyarder Maykl Dellin həyat yoldaşı Syuzan Dell olduğu üzə çıxıb.
Bu barədə Avtosfer.az "Haber Global"a istinadən məlumat verir.



Məlumata görə, 62 yaşlı qadının sosial mediadakı köhnə və yeni fotoları müqayisə edilib və görünüşündə yaranan dəyişiklik müzakirələrə səbəb olub. ABŞ KİV-i Syuzan Dellin keçmişini və Tramp ailəsi ilə münasibətlərini gündəmə gətirib. Eyni zamanda, oxşar mübahisələrin mərkəzində olan Kimberli Qilfoyl da mediada xatırlanıb.
Syuzan Dell 1989-cu ildən bəri texnologiya nəhəngi olan "Dell Technologies" şirkətinin qurucusu, milyarder iş adamı Maykl Dell ilə evlidir və dörd uşaq anasıdır. Cütlük Tramp Administrasiyasının uşaqlar üçün investisiya hesablarını dəstəkləmək məqsədilə 6.25 milyard dollar ianə ayıracağını vəd edib. Proqram çərçivəsində 25 milyon uşağın hesabına 250 dollar köçürülməsi hədəflənir. ABŞ mediası Syuzan Dellin 2005-ci ildəki moda nümayişindən 2008, 2015 və 2025-ci illərdəki tədbirlərə qədər olan şəkillərini dərc edib. Onun son şəkillərdəki üz ifadələri və görünüşü köhnə şəkillərlə müqayisə edilib. Lakin dəyişikliyin kosmetik əməliyyat, yoxsa sağlamlıq problemi ilə bağlı olduğu hələlik məlum deyil.

Syuzan Dellin şəkillərini paylaşan bəzi istifadəçilər Trampın ətrafındakı nəzərəçarpan makiyaj və estetik görünüşü təsvir etmək üçün istifadə olunan "Mar-a-Laqo üzü" ifadəsini işlədiblər. Bəziləri şəkillərin həqiqiliyini şübhə altına alsa da, böyük əksəriyyət uşaqlara milyardlarla dollarlıq yardım əvəzinə Dellin fiziki görünüşünün müzakirə olunmasına mənfi reaksiya verib.
Xatırladaq ki, Donald Trampın oğlu kiçik Donald Trampın keçmiş nişanlısı Kimberli Qilfoyl, xüsusən də 2024-cü il Respublikaçılar Partiyasının Qurultayındakı görünüşü ilə bağlı oxşar mübahisələrin mərkəzinə düşüb. Köhnə və yeni fotoları müqayisə edilən Kimberli Qilfoyl haqqında da həddindən artıq kosmetik (estetik) müdaxilə iddiaları irəli sürülmüşdü.




Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












