Xəzər dənizində qazax hərbçilərin ölümü: Baş komandanın müavini də SAXLANILDI

Gündəm 25 Sentyabr 2026 13:53
Xəzər dənizində qazax hərbçilərin ölümü: Baş komandanın müavini də SAXLANILDI
WhatsApp kanalımıza abunə olun

Xəzər dənizində təlimlər zamanı Qazaxıstan hərbçilərinin həlak olmasından sonra bu ölkənin Müdafiə Nazirliyinin beş rəsmisi saxlanılıb.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat verib.

"Vəzifəyə səhlənkar münasibət və ağır nəticələrə səbəb olan gəmi idarəetmə qaydalarının pozulması ilə bağlı cinayət əməlləri törətməkdə şübhəli bilinərək Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin yüksək və yuxarı komanda heyətinin məsul vəzifəli şəxsləri saxlanılıblar. Saxlanılanlar arasında qərargah rəisi - Qazaxıstan Silahlı Qüvvələri Hərbi Dəniz Birləşmələri baş komandanının birinci müavini və iki hərbi hissə komandiri, eləcə də dəniz piyadaları rotası və kater komandirləri var", - deyə məlumatda bildirilib.

***

Xəzər dənizində Qazaxıstan hərbi qulluqçularının ölümü ilə bağlı 30-dan çox hərbçi dindirilib.

 
Avtosfer.az-ın "Sputnik Qazaxıstan" nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğundan məlumat verilib.

Məlumata görə, nəzarət orqanı hadisə yerinə baxış keçirib, sənədləri və videomaterialları müsadirə edib. 12 məhkəmə-tibbi ekspertiza təyin edilib.

Xidməti səhlənkarlıqda şübhəli bilinən vəzifəli şəxslər, eləcə də hava şəraiti nəzərə alınmaqla şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarəti təmin etməməkdə və zəruri tədbirlər görməməkdə, həmçinin insanların ölümünə səbəb olan xilasetmə əməliyyatlarını düzgün təşkil etməməkdə şübhəli bilinən şəxslər müəyyən edilirlər", - deyə Baş Prokurorluqdan bildirilib.

Həmçinin qeyd edilib ki, istintaq tam hüquqi qiymətləndirmə verəcək və bütün şübhəlilərə qarşı prosedur tədbirlər görəcək.

Daha əvvəl Qazaxıstan Daxili İşlər Nazirliyi əvvəllər cinayət işinin iki maddə üzrə araşdırıldığını bildirmişdi: səhlənkarlıq və gəmi idarəetmə qaydalarının pozulması.

Xatırladaq ki, ötən gün Xəzərdə təlimlər zamanı 19 qazaxıstanlı hərbçini su axını aparıb.

Qazaxıstanda ümummilli matəm günü elan edilib.

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh