Xəzər İcra Hakimiyyəti 300 itlə bağlı müraciət ünvanlayıb

Bu gün Xəzər Rayon Məhkəməsində Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamovun rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan Eldar Mansurova qarşı iddia ərizəsi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən prosesdə Xəzər RİH-in nümayəndəsi çıxış edib. O, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlandığını bildirib. Nümayəndə söyləyib ki, RİH müraciətində sahibsiz itlər üçün Qala qəsəbəsində 30 sot torpaq ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən xahiş edib. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi isə deyib ki, həmin müraciətlə tanış olmayıb və o, məhkəmədən vaxt istəyib. Cavabdeh tərəf E.Mansurov isə həmin torpaq sahəsi ilə tanış olandan sona fikir bildirəcəklərini qeyd edib. Proses noybarın 7-nə qədər təxirə salınıb. Xatırladaq ki, Xəzər RİH-nin başçısı G.İslamov iddia ərizəsində qeyd edib ki, Mərdəkan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək E.Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












