"Xəzərdə dəniz turizminin inkişafı Rusiya və Azərbaycan üçün prioritetdir"

Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya çərçivəsində dəniz turizminin inkişafını nəzərdə tutan yeni layihə çox ciddi il tələb edir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov Azərbaycanla Rusiya arasında dəniz turizm mərkəzinin inkişaf perspektivlərini şərh edərkən deyib. S.Neverovun sözlərinə görə, iki ölkə arasında turizm istiqaməti fəal inkişaf edir və bunu turist axını ilə bağlı statistik məlumatlar da təsdiq edir: "Bu ilin sonunadək Azərbaycana səfər etmiş rusiyalı turistlərin sayı 1 milyona çata bilər, eyni zamanda Rusiyaya gedən azərbaycanlı turistlərin sayı da 800 min nəfərə çatıb. Fikrimcə bu, ciddi artımdır və Rusiya ilə Azərbaycan arasında bu cür prioritet sahədə fəal qarşılıqlı əməkdaşlığın göstəricisidir. Bununla yanaşı, ölkələrimizin bir-birinə artan marağı qanunauyğundur. Biz bir dildə danışırıq, bizi ümumi tarix əlaqələndirir, buna görə də ölkələrimiz aktiv əməkdaşlıq etməlidir. Rusiyalılar məmnuniyyətlə gözəl Azərbaycana, həm dağ-xizək kurortlarına, həm də yay istirahət zonalarına səyahət edir. Bu səbəbdən də bizim hazırda məqsədimiz dəniz turizmi istiqamətini inkişaf etdirmək və insanların Xəzərə dənizində səmərəli istirahətini təmin etməkdir". Deputat əlavə edib ki, Rusiya və Azərbaycan parlamentləri arasında sənədin imzalanması zamanı yüksək səviyyəli komissiya yaradılıb. Bu komissiya çərçivəsində gündəlikdə dayanan regional məsələlərin ətraflı müzakirəsi nəzərdə tutulur.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












