Xəzərdə qanunsuz balıq tutanların məhkəməsi başlayır

Xəzər dənizində qanunsuz balıq tutmaqda təqsirləndirilən Telman Məmmədov və Aslan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. A.Quliyevin cinayət işi hakim İbrahim İbrahimlinin və T.Məmmədovun cinayət işi isə digər hakim Bəxtiyar Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclaslarının vaxtları hələlik açıqlanmayıb. Qeyd edək ki, bu il sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində “Vulf” adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan Bakı şəhər sakinləri T.Məmmədov və A.Quliyev saxlanılıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












