Xırdalan və Sumqayıta metro xətti çəkiləcək? - RƏSMİ AÇIQLAMA

Paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro stansiyasının inşası planlaşdırılır. Bu, mənada Bənövşəyi xəttin 6 yeni stansiyası xüsusi qeyd oluna bilər. Bu stansiyalar, xüsusən xətdən xəttə keçid imkanı sərnişinsaşımada payı çox az olan xəttin rolunu əhəmiyyətli dərəcədə artıracaq.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən "Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsində çıxışı zamanı bildirib.
Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda "Gələcəyin ağıllı metrosu" layihəsi üzərində işlər davam etdirilir. Onun sözlərinə görə, layihə müasir texnologiyaların tətbiqi, sərnişinlər üçün daha rahat, təhlükəsiz və innovativ metro xidmətinin formalaşdırılmasına hesablanıb. Məlumdur ki, paytaxta doğru ən çox axın məhz Xırdalan və Sumqayıt, eləcə də Masazır, Bakı-Şamaxı yolu üzərində yerləşən qəsəbələrdəndir. Bu mənada həmin ərazilərdə yaşayanlar "Xocəsən" və "Avtovağzal" stansiyalarına gələrək keçid stansiyalarında xətti dəyişməklə yerüstü nəqliyyatdan istifadə etmədən paytaxtda metro stansiyası olan istənilən yerə gedə biləcəklər. Burada "Sahil" stansiyasının yaxınlığında inşa olunacaq keçid stansiyasının rolu əhəmiyyətli dərəcədə çoxdur. O, yalnız bir keçidlə, "İçərişəhər"dən "Həzi Aslanov"a qədər metro ilə getmək imkanı verəcək.
O vurğulayıb ki, bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlıq həyata keçirilir. Məqsəd metro ilə yerüstü nəqliyyat arasında inteqrasiyanı daha da gücləndirmək, şəhərdaxili hərəkəti rahatlaşdırmaq və vətəndaşlara vahid, müasir nəqliyyat sistemi təqdim etməkdir.
Bəxtiyar Məmmədov vurğulayıb ki, yaxın beş il ərzində Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunda ciddi dəyişikliklər baş verəcək. Onun sözlərinə görə, həyata keçiriləcək layihələr paytaxtda mobilliyin artırılmasına, sərnişindaşımanın daha səmərəli təşkilinə və ictimai nəqliyyatın əlçatanlığının genişləndirilməsinə mühüm töhfə verəcək.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












