Xırdalana metro xətti nə vaxt çəkiləcək? - AÇIQLAMA

Bu gün metroya ən çox təlabatın olduğu yerlərdən biri də sözsüz Abşeron rayonuXırdalan şəhəridir. Paytaxta yaxın yerdə yerləşməsi, üstəlik buradakı evlərin nisbətən ucuz olması əhalinin sözügedən ərazidə daha çox məskunlaşmasına səbəb olur. Bu göstəriciləri əsas götürdüyümüz təqdirdə, yaxın gələcəkdə sözügedən ərazidə metro xəttinin istifadəyə verilməsi planlaşdırılırmı? Avtosfer.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Xırdalanda metro stansiyasının istifadəyə verilməsi nəzərdə tutulmur: “Həmin istiqamətə yaxın olan metronun Bənövşəyi xəttidir. Onun axrıncı stansiyası Avtovağzaldır. Avtovağzal stansiyasından Xocahəsən qəsəbəsində yerləşən depomuz olacaq. Hazırda onun inşaası davam etməkdədir. Bu ilin aprel ayında onun sağ tunelinin qazıntı işləri başa çatır, digər tuneldə isə iş gedir. Avtovağzal-Memar Əcəmi xəttinin 3-cü stansiyası 2019-cu ilin axrı, 2020-ci ilin əvvəlində Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, “Papanin” kimi tanınan ərazidə istifadəyə veriləcək. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”ndə Xırdalanda metro stansiyasının istifadəyə verilməsi nəzərdə tutulmur”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












