Xırdalanda borca görə qətl törədən şəxslərin məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Məhkəmədə cinayət işi materiallarında olan videogörüntülər izlənilib. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti məhkəmə iclasında dövlət ittihamçısının təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir. Proses oktyabrın 5-də davam etdiriləcək. Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri, 28-ci məhəllədə - bazarın yaxınlığında baş verib. İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Digər şəxs - 1985-ci il təvəllüdlü, Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğluna odlu silahdan 3 atəş açılıb, o, qarın və qol nahiyələrindən yaralanıb. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan X.Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










