Xırdalanda yol çökdü, yük maşını çuxura düşdü - VİDEO

Xırdalanda yağış suları yolun çökməsinə səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Qalubiyyə küçəsində baş verib. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov bildirib ki, çökməyə səbəb Xırdalanda aparılan su-kanalizasiya sistemlərinin yenidən qurulması olub: "Hazırda Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması işləri aparılır. Hadisə baş verən yerdə bir neçə gün öncə qazıntı işləri gedirdi. İşlər bitdikdən sonra həmin yerə asfalt örtüyü çəkilmişdi. Orada kanalizasiya lükləri yenidən qoyulub və hələ asfalt bərkiməmişdi. Ötən gecə yağan yağış suları da sızaraq asfaltın altına yığılıb. Bu səbəbdən də yol çöküb”. Qeyd edək ki, çökən yolda yük maşını olub. Hadisə nəticəsində ağırtonnajlı maşın çuxura düşüb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












