Xızıda 29 baş iribuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb

Xızıda 29 baş iribuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb. Araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək, iribuynuzlu heyvanları satmaq məqsədi üçün oğurladıqlarını bildiriblər. Oğurlanmış 29 baş iribuynuzlu heyvan maddi sübut kimi polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə qaytarılıb. Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












