Xızıda 63 baş heyvan oğurlayan şəxs saxlanılıb

Xızıda 63 baş heyvan oğurlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul-sentyabr ayları ərzində rayonun Baxışlı, Fındığan və Xələc kəndlərində yerləşən dörd fərdi təsərrüfatdan ümumilikdə 63 baş xırda buynuzlu və bir baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 10.000 manatdan çox maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Adıyev olduğu müəyyən edilib. Ətraflarında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Adıyevin cari ilin may ayında Siyəzən rayonunda yerləşən Mikayıl Adıgözəlova məxsus fərdi təsərrüfatdan 16 baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib. Dindirilmə zamanı M.Adıyev törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanların bir qismini Bakı və Sumqayıt şəhərləri ərazisində satdıqını bildirib. Oğurlanan heyvanların bir qismi, 44 baş xırda buynuzlu və bir baş iri buynuzlu heyvan isə maddi sübut kimi polis əməkdaşları tərəfindən rayon ərazisində aşkar edilərək götürülüb. Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










