Xocalı 34: Musiqidə yaşayan ağrı - FOTO - VİDEO

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil olunan səfər çərçivəsində “Xocalı 34: Musiqidə yaşayan ağrı” layihəsi həyata keçirilib. Layihə Vətən Bağı Sosial Təşəbbüslər ictimai birliyi tərəfindən gerçəkləşdirilib.
Avtosfer.az xəbər verir ki, layihənin əsas məqsədi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsini musiqi vasitəsilə yad etmək, milli yaddaşı sənət dili ilə ifadə etmək olub. Səfər eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçısı, tarzən Tural Süleymanovun illərdir ürəyində yaşatdığı bir arzunun gerçəkləşməsi ilə yadda qalıb.
Ağdam Şəhidlər xiyabanının ziyarətindən sonra Tural Süleymanovun tarı Əsgəran qalasında səsləndirilib. Musiqiçini gitarada dostu Elçin Rzayev müşayiət edib. Kompozisiyaya xüsusi ovqat qatan məqam isə vokalist Qulu Hüseynovun ifasında səslənən Xudayar təsnifi olub. Tar, gitara və vokalın vəhdəti işğaldan azad olunmuş torpaqlarda duyğusal anlar yaşadıb.
Növbəti dayanacaq Xocalı Şəhidlər xiyabanı olub. Layihə iştirakçıları məzarlığı ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıblar, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Səfər çərçivəsində Xankəndi, Şuşa, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında da Azərbaycan musiqisinin sədaları ucalıb. Layihənin müəllifi, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyevin sözlərinə görə, “Xocalı 34: Musiqidə yaşayan ağrı” təşəbbüsü yalnız anım xarakteri daşımır, eyni zamanda musiqi vasitəsilə milli birliyin və mənəvi gücün nümayişidir.





Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












