Xoşqədəmin ifşa etdiyi manyak ata və oğul ömürlük həbs cəzası aldılar

Sentyabr ayının 7-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2014-cü ilin mart ayının 6-da yaşadıqları Salyan rayonunun "Zavod" məhəlləsindəki evlərində həyat yoldaşını və 4 qızını xüsusi amansızlıqla qətlə yetirən 64 yaşlı Fərhad Məhərrəm oğlu Əliyevə və oğlu 28 yaşlı Fəqan Fərhad oğlu Əliyevə hökm oxunub. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 120.2.1-ci Maddəsi (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7 Maddəsi ilə təqsirləndirilərək 5 nəfər ailə üzvünü qətlə yetirərək 4 ilə yaxın yaşadıqları evin yataq otağının zirzəmisində basdırmış hər iki şəxs ömürlük olaraq azadlıqdan məhrum edilib. Xatırladaq ki, bu müdhiş cinayət hadisəsinin üstünün açılması barədə ilk məlumat ötən ilin dekabr ayında virtualaz.org saytında getmişdi. Belə ki, ötən ilin dekabr ayının 6-da Salyanda 3 il əvvəl itkin düşmüş ana və 4 qızının həyat yoldaşı tərəfindən qətlə yetirilərək yaşadıqları evdə basdırıldığı məlum olub. 2014-cü ildə Salyan şəhərinin "Zavod" məhəlləsində yaşayan 56 yaşlı Mehparə Nadir qızı Əliyeva dörd qızı - 32 yaşlı İradə, 19 yaşlı Rəqibə, 30 yaşlı Sevda və 26 yaşlı Ümidə ilə birlikdə itkin düşmüşdü. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum omuşdu. Hadisənin açılmasına səbəb isə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində onlarla bağlı süjetin göstərilməsi olmuşdu. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdirilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf etmişdilər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












