Yağan güclü qar problemlər yaratdı: nəqliyyatın hərəkəti iflic oldu – VİDEO

Rumıniyadakı qar, sel və daşqınlar 14 bölgədə 60 şəhərə ziyan vurub. Avtosfer.az milli.az-a istinadən bildirir ki, yollar bağlanıb, on minlərlə ev təbii qaz və elektroenerji təminatından məhrum olub Sadəcə, Slenik-Moldova rayonunda 300 evi su basıb. Rumıniyanın Milli Meteoroloji İdarəsi bu gün də leysan yağışlarının yağacağını bildirib. Mediafax-ın yaydığı məlumata görə, Braşov, Kovasna, Bakeu və Botoşani vilayətlərində fövqəladə vəziyyət elan olunub. Trotus çayı məcrasından çıxaraq Xarqita, Kovasna, Nimt və Bakauda daşqınlara səbəb olub.

Braşov vilayətindəki Budila şəhərində dəmiryol körpüsünü sel aparıb. Xarqitada güclü qar yağıb. Prayd və Borzon şəhərləri arasındakı DN 13 B yolunda nəqliyyatın hərəkəti iflic olub. Transfeqeraş şossesində hərəkət dayanıb. Bılya-Lakda isə havanın temperaturu -13 dərəcəyə düşüb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












