Yağış suları Zabrat sakinlərini çətin vəziyyətə salıb – VİDEO

Su aydınlıqdı deyirlər, amma Zabrat 1 qəsəbəsində, daha dəqiq desək “kərpic zavodu” deyilən ərazidə yağan yağış suyu sakinlərin həyətini, elə həyatını da əsl cəhənnəmə çevirib. Səhər evindən çıxıb işə gedə bilməyən, övladını məktəbə, bağçaya apara bilməyən sakinlər deyirlər ki, hər yağış yağanda bu vəziyyətlə qarşılaşırlar. Məsələyə aydınlıq gətirmək Baku TV-nin əməkdaşları qəsəbə nümayəndələyinə üz tutublar. Zabrat kənd qəsəbə nümayəndəsi ofisdə olmadığından müxbirlər suallara telefon zəngi vasitəsilə cavab tapmağa cəhd ediblər. İcra Hakimiyyəti başçısının nümayəndəsi İlqar Süleymanov deyir ki, bu onların səlahiyyətinə aid deyil. “Ərazidə kanalizasiya xətləri yoxdur, bu isə “Azərsu” ASC-nin vəzifə borcudur”, - deyə o bildirib. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə telefon zənginə cavab vermədi. Biz ərazidə baş verən vəziyyəti göstərdik. Ümid edirik aidiyyəti qurumlar ən qısa vaxtda sakinlərin probleminin həllinə kömək edər.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










