Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA

“Əgər yağan yağışlar rəsmi qaydada təbii fəlakət elan edilməyibsə, zərər görmüş avtomobil sahibləri məhkəməyə müraciət edə bilərlər”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Ekspert son günlər Bakıda və bölgələrdə müşahidə olunan intensiv yağışlar nəticəsində avtomobilləri zərər görmüş şəxslərin dəymiş ziyanı necə qarşılamalı olduqları məsələsinə aydınlıq gətirib:
“İlk növbədə, kasko sığorta bu cür hallarda köməyə çatır. Əgər nəqliyyat vasitəsi sahibinin icbari sığortadan əlavə kasko sığortası da varsa, dəymiş zərəri sığorta şirkəti qarşılayır. Belə bir sığorta təminatı yoxdursa, vətəndaş yol təsərrüfatına cavabdeh olan müvafiq qurumlara qarşı məhkəmə iddiası qaldıra bilər. İddiaçı məhkəmədə həmin qurumların məsuliyyətsizliyi və infrastrukturun qeyri-qənaətbəxş olması ucbatından ona maddi zərər dəydiyini əsaslandırmalıdır.
Lakin dövlət baş verənləri rəsmi şəkildə ‘təbii fəlakət’ elan edərsə, bu halda heç bir qurum ödəniş etməyəcək. Təbii fəlakət elan olunan hallarda zərər təkcə avtomobillərlə məhdudlaşmır, bəzən insan itkilərinə də səbəb olur. Əgər baş verənlər fəlakət deyil, sadəcə normadan artıq yağışdırsa və yol infrastrukturu buna tab gətirmədiyi üçün vətəndaşa ziyan dəyibsə, o zaman zərərin hüquqi müstəvidə tələb edilməsi mümkündür”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












