Yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlanıb
Gündəm
30 Noyabr 2018 21:01

Yanğın 60 tonluq benzin çəninə yanacaq doldurulan zaman baş verib
Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlanıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək-mühafizə qaydalarını pozma) və 223.1-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, ötən gün rayonun Qaradağlı kəndi ərazisində yerləşən 24 yaşlı Təbriz Surxayzadəyə məxsus PAT OİL yanacaqdoldurma məntəqəsində 60 tonluq benzin çəninə yanacaq doldurulan zaman yanğın baş verib. Nəticədə orada operator işləyən Əsgər Məmmədov və Seymur Rzayev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Oxunub : 1156
DİGƏR XƏBƏRLƏR
19 Oktyabr 2026 10:30
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
19 Oktyabr 2026 09:24
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
19 Oktyabr 2026 08:34
Bu yollarda tıxac VAR - SİYAHI
18 Oktyabr 2026 13:46
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
18 Oktyabr 2026 12:44
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
18 Oktyabr 2026 09:17
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
17 Oktyabr 2026 14:00
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
17 Oktyabr 2026 13:14
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
ŞƏRH YAZ












