Yanacaqdoldurma məntəqəsinə basqın edən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Maillinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Maillinin apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan S.Mailli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan S.Mailli apellyasiya şikayəti verib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












