Yanacaqdoldurma məntəqəsinə basqın edənrin məhkəmə istintaqı tamamlanıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istiandən xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə "AST Petrol"un növbə rəisi Cəmil Nuruşov ifadə verib. O bildirib ki, S.Mayıllı həmin yanacaq doldurma məntəqəsində çilingər köməkçisi işləyib, N.Mustafayevi isə tanımır: "Zərərçəkmiş Mehman Cabbarov isə bizdə operator işləyirdi. Təhvil-təslim vaxtı kassanı götürürdü. Səhər saat 04:30 radələrində mən də ətrafda gəzişirdim, əraziyə nəzarət edirdim. Otaq tərəfdən səs gəldi, gəlib baxanda gördüm ki, iki nəfər maskalı adam Mehmanı yerə yıxıb gözlərini bağlayıb. Məni görən kimi "içəri keç, tez" deyə qışqırdılar. Mən taxta parçası götürüb onların üstünə qayıtmaq üçün başqa yerə getdim. Qayıdanda onlar çıxıb getmişdilər. Həmin şəxslər Mehmanın cibindən pulu götürmüşdülər. Onlardan birinin əlində bıçaq var idi". Məhkəmədə məlum olub ki, S.Mayıllı 2015-ci ildə internet klubdan 850 manat oğurladığı üçün həbs edilib. Ona iki il sınaq müddəti olmaqla, şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra məhkəmə istintaqının tamamlandığı elan olunub. Növbəti proses sentyabrın 13-də davam etdiriləcək. Həmin iclasda prokurorun çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin dekabr ayında baş verib. Bakının Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən İsmayıllı rayon sakini Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Mailli və Kürdəmir sakini N.Mustafayev tutulublar. Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










