Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs saxlanılıb

Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə rayon ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən daxil olmuş müraciətdə “VAZ-21063” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində 1 ədəd 100 manatlıq əskinas təqdim etməsi, sonradan həmin pulun saxta olduğunun aşkar edilməsi bildirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulu təqdim etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ruslan Əsədullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












