Yaponiyada daşqınlar nəticəsində həlak olanların sayı 216-ya çatıb

Yaponiyanın qərbində leysan yağışları səbəbindən yaranan daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 216-ya çatıb. Bundan başqa, daha 27 nəfərin itkin düşdüyü bildirilir.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi ölkənin Baş Polis İdarəsinə istinadla məlumat yayıb.
Həlak olanların 106-sı Hiroşima, 60-ı Okayama və 26-sı isə Ehime prefekturalarında yaşayan sakinlər olub. NHK telekanalı üç nəfərin huşsuz vəziyyətdə olduğu barədə məlumat yayıb.
Xatırladaq ki, ötən həftənin sonlarında Yaponiyanın cənub-qərbinə və mərkəzi hissəsinə yağan aramsız yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bəzi yerlərdə çayların daşması nəticəsində böyük torpaq sahələri su altında qalıb.
Daşqınlardan zərər çəkən rayonlarda torpaq sürüşməsi təhlükəsi qalmaqdadır. Havanın temperaturunun yuxarı olması (təqribən müsbət 35 dərəcə) vəziyyəti daha da ağırlaşdırır. Təqribən 200 min təsərrüfatın susuz qaldığı bildirilir. Hazırda 5 mindən çox insan təxliyə mərkəzlərində yerləşdirilib. Fəlakət zonasında 6 minə yaxın könüllü çalışır.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












