Yaponiyanın şimalında tufan davam edir

Hakimiyyət orqanları əhalini Yaponiyanın şimal rayonlarında aşağı atmosfer təzyiqi şəraitində güclü küləyə, hündür dalğalara və leysan yağışlara görə ehtiyatlı olmağa çağırırlar. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şənbə günü Yaponiyanın cənub-qərb rayonları boyunca irəliləyən “Konq-rey” tufanı nəticəsində Fukuoka şəhərində bir nəfər həlak olub. Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, tufan getdikcə qüvvəsini itirir, lakin buna baxmayaraq, təhlükə hələ də qalmaqdadır. Hokkaydo prefekturasında güclü küləyin yıxdığı bir kişi ciddi xəsarət alıb. Ötən ay Yaponiyanın bu şimal prefekturasında güclü zəlzələ baş verib. Yeraltı təkanlar hələ də davam edir. Yerli hakimiyyət orqanları leysan yağışların yarada biləcəyi torpaq sürümələri barədə xəbərdarlıq edirlər. Aviaşirkətlər Hokkaydonu Yaponiyanın şimal-şərq rayonları ilə birləşdirən 50-dək reysi təxirə salıblar.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












