Yaranmış enerji fasiləsi ilə bağlı bəzi marşrutların istiqaməti dəyişdirilib - Bakı Nəqliyyat Agentliyi

Bakı Nəqliyyat Agentliyi ötən gecə paytaxtın enerji təminatında yaranmış vəziyyətin nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə gecə saatlarından zəruri tədbirlər görüb
Agentlikdən Avtosfer.Az-a verilən məlumata görə, əsas diqqət iyulun 3-ü səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib.
"Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındakı, mövcud vəziyyətlə əlaqədar Bakı Metropoliteninin "Avtovağzal" stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayının artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən "Avtovağzal" metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun "Memar Əcəmi", 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar "20 Yanvar" stansiyasınadək hərəkət edəcək" deyə, məlumatda qeyd olunub.
Həmçinin, paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb: "Svetoforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb. Mümkün məntəqələrdə svetoforların fəaliyyəti bərpa edilib. Digərlərinin də bərpası istiqamətində işlər aparılır".
Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyyə edib ki, bəzi küçə və prospektlərdə svetoforların işləməməsini nəzərə alaraq, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə ehtiyatlı və diqqətli olsunlar.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












