Yarım il hava limanında yaşayan şəxs həbs olunub

Malayziya polisi yarım il ərzində Kuala Lumpur Beynəlxalq Hava Limanının uçuş zonasında yaşamış və sosial şəbəkələrdə həyatı barədə reportajlar aparan Suriya vətəndaşını həbs edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. Suriya vətəndaşı Həsən əl-Kantar mart ayında Dəməşqə uçuş bileti ilə uçuş zonasına daxil olub və 6 ay müddətində orada qalıb. O, sosial şəbəkələrdə Suriyaya qayıdacağı təqdirdə, orduya cəlb olunacağı və cəbhəyə göndəriləcəyini bildirərək vətənə dönməkdən imtina etdiyini açıqlayıb. Dünən isə Əl-Kantar məhdud girişli ərazidə qeyri-qanuni qalmaq ittihamı ilə həbs edilib. "Biletlə uçuş zonasına çıxan sərnişinlər təyyarəyə oturub uçmalıdır. O isə bunu etməyib. Deməli, bu müddət ərzində məhdud girişli ərazidə qeyri-qanuni qalıb. Hökumət buna reaksiya verməli, vəziyyəti həll etməli idi", - deyə Malayziyanın Miqrasiya Xidmətinin baş direktoru Mustafar Əli suriyalının həbsi barədə danışarkən söyləyib. Onun sözlərinə görə, polis bölməsində sorğu-sualdan sonra Əl-Kantar miqrasiya orqanlarına veriləcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












