Yarım milyon manat oğurlayıb qaçdı: “28 Mall”da yaxalandı

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nın mühafizəçisi yarım milyonluq seyfi “aparıb” və ölkədən qaçmaq istəyib. Avtosfer.az xəbər verir ki, bu barədə “Sputnik”ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayətin üstü “isti izlərlə” açılıb. Oğurluq hadisəsi sentyabrın 23-də baş verib. “Sumqayıt Texnologiyalar Parkı” MMC-nın hüquq departamentinin direktoru Polad Cabbarlının kabinetindən oğurluq edilib. Seyf sındırılıb və içərisindəki külli miqdarda məbləğ oğurlanıb. İlkin araşdırmalar zamanı cinayətin Sumqayıt şəhər sakini 39 yaşlı Rauf Nəbiyev tərəfindən törədildiyi məlum olub. R.Nəbiyev adıçəkilən sənaye müəssisəsində mühafizəçi işləyib. Əməliyyat-axtarış tədbirləri zamanı R.Nəbiyev oğurladığı pulların bir qismini – 30 min manatını “qara bazar”da dollara çevirdikdən sonra “28 Mall” ticarət mərkəzində yaxalanıb. İlkin dindirmə zamanı bank kreditini bağlamaq niyyətində olduğunu deyib. O, cinayətə əvvəlcədən hazırlıq gördüyünü də gizlətməyib. Belə ki, öncədən aviabilet alıb və hadisədən sonra Azərbaycanı tərk etmək niyyətində olub. Lakin Sumqayıt hüquq-mühafizə orqanlarının əməkdaşları onun bu arzusunun reallaşmasının qarşısını ala biliblər. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












