Yarım milyonluq dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Muradov, Sehran Məmmədov və Abbas Rəsullunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.
İttiham aktına əsasən, B.Muradov İlkin Tağıyevi, Orxan Süleymanlını, Ruslan Babayevi və daha bir neçə nəfər tanışını Çindən Dubaya, Türkiyəyə və digər Avropa ölkələrinə mobil telefonlar, elektrik- avadanlığının ticarəti ilə məşğul olduğuna, yaxşı pul qazandığına inandırıb. O, bu ticarətə maya qoyacaqları təqdirdə əldə olunan gəlirdən onlara da yaxşı gəlir verəcəyini vəd edib. Bu minvalla O.Süleymanlının 205 min dollarını, İ.Tağıyevin isə 112 min manat pulunu ələ keçirib.
B.Muradov növbəti dələduzluğa isə S.Məmmədov və A.Rəsullu ilə birgə edib.
Belə ki, o, həmin şəxslərlə əlbir olaraq Emil Əliyevin 148 min manat, Ruslan Babayev və Mübariz Babayevin 177 min manat pulunu alıb.
İş üzrə zərərçəkmiş şəxslərin sayı cəmi 12 nəfərdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Muradov 9 il və S.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan S.Məmmədov məhkəmə zalından həbs olunub, A.Rəsullunun barəsində isə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










