Yarış ulu öndərin xatirəsinə həsr olundu - FOTO

Ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrəaçıq birinciliklərinin keçirilməsi davam edir. Bu sırada mayın 9-da İdman Cəmiyyətində ciu-citsu üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edilib. Bildirilib ki, çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Ulu öndər idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Daha sonra yarışlara start verilib. Birincilikdə 4 komandadan müxtəlif çəki dərəcələri üzrə 80-ə yaxın idmançı öz gücünü sınayıb.
DİN İdman Cəmiyyətinin əməkdaşı, polis baş leytenantı Elşən İbişovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib. Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik leytenantı İlyas Siracov bildirdi ki, tarix boyu insanlarda vətənə məhəbbət, milli qürur hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir. İdman və bədən tərbiyəsi müasir dünyamızda fiziki və mənəvi tərbiyənin mühüm vasitələrindən biri hesab olunur.
Qeyd etdi ki, ulu öndərimizin yubileyinə həsr olunmuş bu yarışlarda iştirak edən yeniyetmə və gənclər gələcəkdə də sağlam idman ənənələrinə sadiq qalmalı, dövlətimizi, vətənimizi layiqincə təmsil etməlidirlər.
Sonda qaliblərəkubok, diplom və medallar təqdim olunub.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR
Bir sıra küçə və prospektlərdə hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Bakıda taksilər qiyməti kəskin qaldırdı
Paytaxt yollarında son vəziyyət açıqlandı - FOTOLAR
Sabah hava necə olacaq? - AÇIQLANDI
Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Yeni Koordinasiya Mərkəzi yaradılacaq
Rahatlıq və təhlükəsizlik prioritetdir - Paytaxt yolları yenilənir - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

















