Yasamalda daha bir küçə təmir edilir - FOTO

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir. Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə 2 laydan ibarət və 10.000 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənəcək. Bundan başqa, Şəfaət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılacaq, köhnələri isə yenisi ilə əvəzlənəcək.
Təmir işlərinin sonuncu mərhələsində küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yolun üfiqi nişanlanma xətləri çəkildikdən sonra Şəfayət Mehdiyev küçəsinin bu hissəsi yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilmişdi.
Namiq
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA















