Yasamalda maşınlardan oğurluq edən şəxs saxlanılıb - "Mercedes", "KİA"

Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə 2-ci Alatava küçəsində Bakı şəhər sakini İlkin Nadirova məxsus “Mercedes”, Xiyabani küçəsində isə İslam Babayevə məxsus “KİA” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə pul, bankomat kartları və qol saatı oğurlanmaları barədə müraciətlər daxil olub. Məlumatlarla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, "Mercedes Benz" markalı avtomobilin sahibi İlkin Nadirov "Azad Azərbaycan" televiziyasının əməkdaşıdır.
Emin
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












