Yasamaldakı yanğında mənzillərə dəymiş ziyanı kim ödəməlidir? – Ekspert AÇIQLADI

Yasamaldakı yanğında mənzillərə dəymiş ziyanı kim ödəməlidir? – Ekspert AÇIQLADI
Bakı kriminal baxımdan təhlükəsiz şəhər sayıla bilər, ancaq texniki təhlükəsizlik sahəsində vəziyyət olduqca fərqlidir. Baş verən son yanğın faciəsi (tüstüdən zəhərlənmə) yaşayış binalarının istismarı ilə bağlı ciddi çatışmazlıqların olduğunu üzə çıxardı. Nəticə etibarilə, dəhşətli yanğın hadisəsi baş verdi.
Avtosfer.az xəbər verir ki, hazırda şəhər təsərrüfatında ən başlıca təhlükə məhz yaşayış binalarının istismarı və onların alt mərtəbələrində yerləşən obyektlərin fəaliyyəti ilə sıx şəkildə əlaqəlidir. Həmin sahəyə görə kimin məsuliyyət daşıdığını dəqiq söyləmək mümkün deyil. Baş verən bu cür hadisələr zamanı tərəflər məsuliyyətdən qaçaraq problemi bir-birinin üzərinə yönəldir və mövcud məsələni sistemli formada həll etmirlər.
Aydın görünür ki, müasir şəhər təhlükəsizliyi standartlarına uyğun olaraq bu sahədə yaranan problemlemlərin aradan qaldırılması üçün tam əhatəli islahatlarin həyata keçirilməsinə çox ciddi ehtiyac var. Vaxtında həll edilməyən bu məsələlər gələcəkdə böyük problemlərə gətirib çıxarır.
Şəhərin təhlükəsizliyindən danışarkən yalnız yaşayış fondunun yanğın, elektrik, qaz, su-kanalizasiya, lift və s. məsələləri nəzərdə tutmaq olmaz. Təhlükəsiz piyada keçidləri, səkilər, avtobus dayanacaqları, küçə işıqlandırması və digər şəhər mühiti elementləri də özlüyündə təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsidir. Baş vermiş yanğın hadisəsi ilə bağlı vətəndaşlara dəymiş ziyanın ödənilməsi ən çox diqqət mərkəzində olan məsələdir.
Əmlak eksperti Elnur Fərzəliyev mövcud məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsinə görə bütün növ əmlaklar ildə bir dəfə sığortalanmalıdır. Azərbaycanda sığortalar iki - icbari ve könüllü formada həyata keçirilir. İcbari sığortalar ildə bir dəfə ödənilir.

“Bakı şəhəri üçün bu sığorta məbləğo 50 manat nəzərdə tutulub. Sığorta paketinə əsasən vətəndaşa dəymiş olan ziyanın 25%-i sığorta şirkəti tərəfindən ödənilir. Hazırki vəziyyətdə yanğın hadisəsi ilə bağlı vətəndaşın obyekti sığortalanmış olsaydı, dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilərdi. Digər tərəfdən, əgər hansısa şəxsin məsuliyyətsizliyi səbəbindən baş veribsə, həmin şəxs dəymiş ziyanı ödəməlidir. İstintaq bitdikdən sonra məsuliyyət kimin üzərindədirsə, qanun çərçivəsində məhkəmə prosesi bitdikdə həmin şəxs dəymiş ziyanı ödəməlidir. Yanğın hadisəsi qısaqapanma nəticəsində baş verərsə, vətəndaşlar onlara dəymiş ziyanı sığortaları varsa, sığorta şirkəti vasitəsilə, əgər yoxdursa öz şəxsi vəsaitləri hesabına ödəməlidirlər”.
Rəqsanə
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












