Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA

Yay mövsümünün gəlişi ilə yollarda yol-nəqliyyat hadisələrinin sayının nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Ağır qəzaların, eləcə də nasazlıq səbəbindən yolda qalan avtomobillərin sayında da ciddi artım qeydə alınır.
Maraqlıdır, niyə məhz yayda qəzaların sayı artır və avtomobillər daha tez-tez nasaz vəziyyətdə yollarda qalır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzaların sayının artması mövsümi amillərlə də bağlıdır:
"Qayda pozan sürücülərin sayının artdığını qeyd edə bilərik. Nizam-intizamın aşağı səviyyədə olmasını da vurğulamaq lazımdır. Yay aylarında insanlar daha çox səyahət edir, turizm bölgələrinə üz tutur, istirahət və tətil məqsədilə səfərlərə çıxırlar. Belə olduqda yollarda hərəkətin intensivliyi artır. Hərəkətlilik artdıqca isə yol hərəkəti qaydalarına daha ciddi əməl olunmalıdır. Təəssüf ki, bəzi sürücülər bunu gözardı edir, məsələyə ciddi yanaşmırlar və nəticədə ağır qəzalar baş verir".
Mütəxəssis qeyd edib ki, artıq vəziyyət narahatlıq doğuran həddə çatıb:
"Hesab edirəm ki, bu məsələdə nəzarət mexanizminin gücləndirilməsinə ciddi ehtiyac var. Nəzarət xüsusi texniki vasitələrdən, eləcə də ərazidə xidmət aparan polis əməkdaşlarının imkanlarından daha səmərəli istifadə etməklə gücləndirilə bilər".
Elməddin Muradlı cərimələrin tətbiq olunmasına baxmayaraq vəziyyətin hələ də dəyişmədiyini vurğulayıb:
"Bu qədər cəza tətbiq olunur, bu qədər cərimə yazılır, amma görürsünüz ki, vəziyyət dəyişmir. Deməli, burada fərqli yanaşmalara da ehtiyac var. Sürücü hazırlığı istənilən səviyyədə deyil. Bir çox sürücü yol hərəkəti qaydalarına biganə yanaşır və nəzərə almır ki, ən kiçik bir səhv belə qarşısıalınmaz, geri dönüşü olmayan ağır nəticələrə səbəb ola bilər"./Todaypress.tv
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










