Yayda avtoqəzaların artmasının səbəbi nədir? - EKSPERT RƏYİ

Son günlərdə müşahidə olunan avtonəqliyyat qəzalarının sayındakı artım cəmiyyətdə narahatlıq doğurur. Əsas narahatlıq yaradan sual odur ki, belə qəzaların isti havalarla əlaqəsi varmı?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, yay aylarında qəzaların sayını artması yollarda hərəkət intensivliyinin artması ilə bağlıdır.
O qeyd etdi ki, yay aylarında istirahət mövsümünün başlanması ilə əlaqədar hərəkətlilik artır və bu da qəza risklərini yüksəldir:
“Bu, isti hava ilə birbaşa bağlı deyil. Əlbəttə, yay fəslində insanlar istirahətə çıxır, səfərlər artır. Bu isə hərəkətliliyin artması deməkdir. Harada hərəkətlilik varsa, orada risk, təhlükə də qaçılmazdır. Amma burada əsas məsuliyyət daşıyan məhz vətəndaş, sürücü və piyadadır. Hər biri öz hərəkətinə və davranışına diqqət etməlidir”.
Ekspert hesab edir ki, bəzi sürücülərin və şəxslərin məsuliyyətsiz və düşüncəsiz davranışları qəza riskini daha da artırır:
“Bəzən insanlar düşünür ki, qaydalar pozulmaq üçün yazılıb. Amma bu, ölümə səbəb ola biləcək bir məsələdir. Tək bir səhv hər şeyi məhv edə bilər. Ona görə də ən düzgün yol – qaydalara əməl etməkdir. Sürücülər anlamalıdırlar ki, bu qaydalar onların təhlükəsizliyi üçündür, heç kimin şəxsi marağı üçün deyil”.
Mütəxəssis əlavə edib ki, dövlətin tətbiq etdiyi qaydaların əsas məqsədi insanların həyatını qorumaqdır. Yol hərəkəti qaydalarına əməl olunması, avtomobillər saz vəziyyətdə saxlanılması, yolların vaxtında təmiri və işıqlandırma sistemlərinin düzgün işləməsi qəza riskini azalda bilər.
O həmçinin vurğulayıb ki, yol qəzalarında təkcə sürücülər və piyadalar deyil, bəzən yol şəraiti və aidiyyəti qurumların səhlənkarlığı da rol oynayır:
“Bütün qəzalarda sürücüləri və piyadaları günahlandırmaq düzgün deyil. Yol şəraitinə cavabdeh olan şəxslər və qurumlar da məsuliyyət daşıyırlar. Onların da qanunla müəyyən olunmuş vəzifələri var və bu vəzifələri yerinə yetirmədikləri halda, qanunla məsuliyyət daşımalıdırlar”.
E.Muradlı sonda bildirib ki, nəzarət mexanizmləri gücləndirilməli, heç kim qanundan və məsuliyyətdən kənarda qalmamalıdır:
“Təəssüf ki, bəzən kimlərsə özlərini qanundan üstün hesab edir və məsuliyyətdən yayınırlar. Bu isə qəzalara və itkilərə səbəb olur. İnsanlar həyatlarına dəyər verməli, dövlət qurumları isə üzərlərinə düşən məsuliyyəti unutmamalıdırlar”.(sfera.az)
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq
Sürücüsüz avtobus və qatarlar Azərbaycanda necə tətbiq olunacaq? – EKSPERT
Nağd pula qayıdış başlayır: Yeni limitlər kimlərə təsir edəcək? -AÇIQLAMA
Mərdəkan qalasının bərpası niyə başa çatmır? – Memar DANIŞDI
Ukraynanın nəqliyyat təcrübəsi Azərbaycana nə qazandıra bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ
Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA










