“Yazın ki, bina Ruslanındır, nə olsun?!” - VƏKİLİ

Bu gün şagirdin müəllimini güllələdiyi “İdrak” liseyinin binasının hazırda həbsdə olan tanınmış iş adamı Ruslan Eyyubova məxsus olması ilə bağlı məlumatlar yayılıb.
Avtosfer.az xəbər verir ki, qafqazinfo məsələni dəqiqləşdirmək üçün Ruslan Eyyubovun vəkili Muxtar Mustafayevlə əlaqə saxlayıb.
Vəkil binanın mülkiyyətinə dair suala aqressiv reaksiya verib. O, binanın kimə məxsus olmasının baş verən hadisə ilə heç bir əlaqəsi olmadığını vurğulayıb:
“Nə dəxli var, bina Ruslanındır, yoxsa yox?! Mən hələ həmin binanın müvəkkilimə məxsus olub-olmadığını dəqiqləşdirməmişəm. Amma lap tutaq ki, onundur. Nə dəyişir? Onu deyə bilərəm ki, bu məsələnin indiki hadisə ilə heç bir əlaqəsi yoxdur. Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir. Belə məlumatların yayılması ilə nə əldə olunur? Bu dəqiqə kim nə gəldi danışır. Hə, yaxşı, yazın ki, onundur. Nə olsun?!”
Fotoda: vəkil Muxtar Mustafayev

Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki sahibi kimi tanınan Ruslan Eyyubov iki ay əvvəl 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilib. Onun qardaşı general Həsən Eyyubov da elə bu hadisələrin gedişində Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












