Yəhudilər şabbata görə stüardessaları döydülər

Ultraortodoksal yəhudilər "El Al" aviaşirkətinə məxsus təyyarədə stüardessalara hücum ediblər. Onlar şabbatın pozulmaması üçün təyarrənin dərhal yerə enməsini istəyiblər. Avtosfer.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Facebook" səhifəsində sərnişinlər sırasında olan Roni Meytal yazıb. Onun sözlərinə görə, noyabrın 16-da "Boeing" 787 Nyu-Yorkdan Tel-Əvivə uçub, lakin havaya nəzərdə tutulduğundan gec qalxıb. Göyərtədə olan 70 ortodoksal yəhudi şabbata yetişməyəcəklərini anlayaraq təyyarədən buraxılmalarını tələb ediblər. Ancaq ekipaj İsrailə zamanında yetişəcəyini bildirib. Artıq gecikəcəklərini anlayandan sonra yəhudilər stüardessalara hücum ediblər. "Altı saat uçuşdan sonra mən səslər eşitdim və ağlayan göyərtə bələdçisini gördüm. Onu döymüşdülər, yəhudilər pilotların kabinasının qapısını sındırmaqla hədələyirdilər... Deyəsən şənbənin qeyd edilməsi haqqında göstəriş insanlara məhəbbətdən daha üstündür", - Meytal yazıb. Nəticədə təyyarə şənbə başlayana qədər Afinada yerə enib. Ortodoksal yəhudilər Yunanıstanda qalıb, digər sərnişinlər isə İsrailə başqa aviaşirkətə məxsus təyyarə ilə çatdırılıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












