Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində daha bir azərbaycanlı şəxsə hücum edilib.
Avtosfer.az Ura.ru-ya istinadən xəbər verir ki, “KRİK-TV”nin əməkdaşı Aleksey Kuznetsov Yekaterinburqdakı “Baku Plaza” ticarət mərkəzində yerləşən “Nar&Sharab” restoranında çalışan Telli adlı xanıma hücum edib.
Bildirilib ki, Kuznetsov çəkiliş qrupu ilə birlikdə restoran açılmamışdan əvvəl oraya gəlib və onları içəri buraxmağı tələb edib.
Restoran işçisi onlara yaxınlaşaraq iaşə müəssisəsinə gəlmə səbəblərini öyrənmək istəyib və bildirib ki, məkan saat 12:00-da açılır.
Bu zaman həmin şəxslər qışqıraraq qadını videoya çəkib və yenə də restorana daxil olmağa təkid ediblər.
Daha sonra A.Kuznetsov Tellinin əlindən tutaraq onu küçə boyu sürükləməyə başlayıb, xəsarət yetirib, daha sonra isə pencəyindən yapışaraq qadını yerə yıxmağa cəhd edib.
Hadisə Rusiya Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib və müşahidə kameralarına düşüb.
Hücumdan sonra “KRİK-TV” əməkdaşları qışqıraraq təhqir və təhdidlər səsləndirməyə davam ediblər.
Restoran işçisi isə bildirib ki, Aleksey Kuznetsov onu müxtəlif istiqamətlərə sürükləməyə başlayanda fiziki ağrı və böyük qorxu hiss edib: “Məni öldürəcəyini düşünürdüm. Həyatım üçün qorxuram”.
Həmçinin məlumatda qeyd olunub ki, həmin telekanal son iki il ərzində Sverdlovsk vilayətində yaşayan azərbaycanlılara qarşı məqsədyönlü təzyiq göstərməkdə ittiham olunur, yalan məlumatlar yayımlayır və milli ədavəti qızışdırır. Bu səbəbdən “KRİK-TV”yə qarşı dəfələrlə şikayətlər daxil olub.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR










