Yelkənli qayıq yarışı keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yelkənli qayıq yarışı (“Baku Sailing Regatta-2018”) keçiriləcək. Avtosfer.az xəbər verir ki, ümumilikdə 31 yelkənçinin iştirak edəcəyi reqatada idmançılar dörd sinif ( “Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə yarışacaqlar. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdiriləcək. I, II və III yerlərin qalibləri mükafatlandırılacaq. Dənizkənarı Milli Parkda keçiriləcək yarış çərçivəsində müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar təşkil olunacaq. Bundan başqa, açıq havada sərgi təşkil ediləcək. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olacaqlar. Həmçinin, yarış boyunca qayıqların sahildə nümayişi də nəzərdə tutulub. Reqata mayın 5-də saat 11:00-dən 18:00-dək davam edəcək.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












